Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin vəzifəsi azərbaycanlı və erməni tərəfdaşlara sülh müqaviləsini hazırlamaqda kömək etməkdir.
Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, xüsusi nümayəndə artıq aktiv olaraq işə qoşulduğunu və İrəvanda faydalı məsləhətləşmələr apardığını vurğulayıb.
“Yaxın vaxtlarda onun Bakıya səfəri də razılaşdırılıb”, – Rusiya XİN sözçüsü qeyd edib.