Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərinin ikinci günündə Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək.
Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasının iki ölkə arasında müttəfiqlik münaisbətlərinin qurulmasının bir illiyinə həsr olunduğunu söyləyib.
Qeyd edək ki, Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.