12 C
Baku
Saturday, November 23, 2024

Lavrovun müavini: “Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu yalnız Azərbaycanla müzakirə edir”

Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu yalnız Azərbaycanla müzakirə edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti“yə müsahibəsində bildirib.

 

Qaluzin xatırladıb ki, sülhməramlılar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağda yerləşdirilib. Bu sənəd ləğv edilməyib və sülhməramlılar müddətin uzadılması ehtimalı ilə, 2025-ci ilin noyabrına qədər bölgədə qalacaqlar.

Diplomat əlavə edib ki, Ermənistan rəhbərliyinin Praqa Bəyannaməsində təsbit edildiyi kimi, Qarabağın Azərbaycana məxsus olması barədə qərarından sonra yerdə vəziyyət kəskin şəkildə dəyişib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər