5 C
Baku
Saturday, December 14, 2024

Lavrovun Serbiyaya səfəri ləğv edilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyanın paytaxtı Belqrada planlaşdırılan səfəri ləğv olunub.

Buna səbəb Serbiya ilə qonşu olan ölkələrin öz hava məkanlarını Rusiyanın xarici işlər nazirinin təyyarəsi üçün bağlamasıdır.

Sergey Lavrov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu addımın dünya diplomatiyasında bir nümunəsi yoxdur.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Botsan Harçenko ilə görüşdüyünü, Sergey Lavrovun planlaşdırılan Belqrad səfərinin ləğv edildiyini açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər