Fransa-Azərbaycan Ticarət və Sənaye Palatasının İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, bu Azərbaycanda bir sıra layihələrin rəhbəri olan Tatyana Mikayılovadır.
Mikayılova dekabr ayndan başlayaraq artıq vəzifə icrasına başlayıb.
Bununla yanaşı o, həmçinin “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının sədri “Eduatainment.az” kimi layihələrin təsisçisidir. 2009-cu ildə Red Communications şirkətini təsis edib. PR-ın tədrisi ilə məşğuldur.
Azərbaycan inşaat və memarlıq universitetini və London PR İnstitutunu bitirib. Ailəlidir, üç oğul anasıdır.