Layihələr üzrə koodinator
Vəzifə öhdəlikləri:
– Layihə planlarının hazırlanması və/və ya bu istiqamətdə layihə komandalarına dəstəyin verilməsi;
– Layihə komandaları və tərəfdaşlar ilə davamlı işin və kommunikasiyanın təşkili;
– Layihələrin gedişatı ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
– Mövcud layihələrin vaxt cədvəllərinin daim nəzarətdə saxlanılması;
– Layihələrin risklərinin müəyyən olunması və cavab tədbirlərinin hazırlanması və bu proseslərə nəzarət;
– Layihələrin büdcələrinin planlaşdırılması və idarə olunması;
– Layihələr ilə bağlı bütün dəyişikliklərə daimi nəzarət;
– Dəyər qazandıracaq layihələrin seçimi prosesində yaxından iştirak.;
– İstifadə olunan alətlərin daimi təkmilləşdirilməsi;
Vəzifəyə tələblər:
– Ali təhsil;
– Layihə menecmenti sahəsində nəzəri biliklər və praktiki bacarıqlar üzrə minimum 2 il iş təcrübəsi;
– Analitik düşünmə bacarığı;
– Komanda ilə işləmək bacarığı;
– Məqsədyönlülük;
– Stresə davamlılıq;
– CAPM, PMP sertifikatları arzuolunandır;
– Microsoft Project proqramı üzrə biliklər;
– Agile – dəyərlər, prinsiplər və tətbiq metodologiyaları ilə bağlı anlayışlar;
– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı/ingilis dili arzuolunandır.