22 C
Baku
Thursday, April 18, 2024

Layihələrin İdarə Edilməsi Departamentinə mütəxəssis/aparıcı mütəxəssis – Bank Respublika

“Bank Respublika” ASC “Layihələrin İdarə Edilməsi Departamentinə mütəxəssis/aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi və 1000 nəfərə yaxın peşəkar komandası ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
  • Layihəyələrin koordinasiyasında, sənədləşməsində, izlənməsində,  monitorinqində, nəzarətdə, loqistika məsələrində LİD-in səlahiyyətli şəxslərinə və layihə rəhbərlərinə dəstək göstərir;
  • Layihələrin iş prosesi standartlarının və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak edir;
  • Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak edir;
  • Layihələrin konsepsiyasının, metodologiyasının, standartlarının, iş prosesinin sənəd şablonlarının hazırlanmasında iştirak edir;
  • Layihələrlə əlaqəli  tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak edir.
Namizədə qarşı tələblər:
  • Təhsil: ali (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
  • Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Namizədin iş təcrübəsindən asılı olaraq namizəd aparıcı mütəxəssis kimi dəyərləndirilə bilər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Layihələrin idarə edilməsi departamentinin mütəxəssisi / www.azerjobs.com ” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son xəbərlər
Digər xəbərlər