“Le Monde”: Planetimizin total sarsıntısına doğru irəliləyirik

0

Bu həftənin 1-ci günündən etibarən planetmizin bərpa olunan resursları artıq xərclənmiş sayılır.

“29 iyul Yer kürəsinin ehtiyatlarının izafı dərəcədə işlənməyə başlandığı bir tarixdir”,-deyə “Le Monde” qəzetindən Remi Barri yazıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Müəllifin bildiridiyinə görə, məşum tarix əslində 1 il tez gəlib.

Bu müddət 2003-cü ildə yaradılan, ABŞ, Belçika və İsveçrədə yerləşən, ekoloji problemlər üzərində ixtisaslaşan “Global Footprint Network” adlı analitik mərkəzi tərəfindən təsbit olunub.

Artıq dünəndən etibarən insanlıq hər il təbiətin ona bəxş edə biləcəyi bioehtiyatları izafi dərəcədə istifadə etməyə başlayıb. Yəni bəşəriyyət lazım olduğundan daha çox balıq tutur, ağac kəsir, təbiəti korlayır, üstəlik, bütün bunlar artıq yerinə qayıtmayacaq.

“Bu hələ insanlığın təbii resrurslara aqressiv və yırtıcı yanaşmasının ilkin mərhələsidir. Biz planetimizin yox olan ehtiyatları bərpa etmək qabiliyyətini hər gün azaldırıq”,-deyə WWF proqramınını Fransa üzrə koordinatoru Arno Qofye qəzetə bildirib.

“Dünya səviyyəsində götürdükdə bölgələr arasında istehlak fərqləri ortaya çıxır. Əgər Yer kürəsinin bütün əhalisi ABŞ kimi yaşasaydı, o zaman cəmi 1 il üçün 5 Yer kürəsi boyda planet tələb olunardı…”,-deyə məqalədə göstərilir.

“Dünyadakı ekonomik tullantıların 60%-ni tutan parnik qazlarının tullantısına gəlincə ekoloqlar ümidli danışırlar. Əgər onun həcmi 50%-ə endirilə bilsə Yer üzündə əlavə 93 gün qazanmaq şansı var. Yəni illik bioehtiyatların xərclənməsini iyul ayından oktyabra qədər çəkmək mümkündür. Qida məhsullarının istehlakını yarıya endirməklə daha 10 gün qazanmaq olar”-,deyə ÜmumdünyaTəbiət Fondunun (WWF) hesabatında deyilir.

“Əgər bu cür bədbin yürüşlə davam etsək 2100-cü ildə qlobal istiləşmə +4 dərəcədən +5 dərəcəyə qədər qalxacaq. Belə dünyanı isə heç kim istəməz və bizlər planetimizin total sarsıntısına doğru irəliləyirik”,-deyə Arni Qofye vurğulayıb”Planetimizin total sarsıntısına doğru irəliləyirik” – “Le Monde”

Yeni Musavat