9 C
Baku
Thursday, December 12, 2024

“Leaf e+” elektromobil modeli qayıtdı – şarj sistemi gücləndirilib

Nissan Leaf elektromobil bazarının ən köhnə və məşhur modellərindən biridir. Lakin bu elektromobil modelinin bir mənfi özəlliyi var idi. Belə ki, Nissan Leaf maksimum 240 km yol qət edə bilirdi. Bununla belə elektromobilin Tesla Model 3 və Chevy Bolt kimi rəqibləri minimum 100 km daha çox yol qətt edə bilir. Beləliklə Nissan şirkəti öz rəqiblərinə çatmaq üçün bu vəziyyəti dəyişmək qərarına gəldi. Nəticədə CES 2019 sərgisində şirkət Leaf e+elektromobil modelini təqdim etdi.

Banker.az technote.az saytına istinadən  yazır ki,  model adi Nissan Leaf-in təkmilləşdirilmiş versiyasıdır. Bu barədə Hightech.plus saytı xəbər verib. Əvvəlki modeldən fərqli olaraq Leaf e+ modelinin qətt etdiyi yol göstəricisi 40% yüksəlib. Lakin bu, yeganə yenilik deyil. Belə ki, yeni Leaf e+ modeli daha güclü mühərrik əldə edib. Nəticədə o, 200 at gücünə sahibdir. Bu isə əvvəlki modeldəki göstəricidən 33% çoxdur. Batareya həcminin yüksəlməsindən əlavə olaraq batareyanın özü daha güclü şarj stansiyalarından enerji yığmaq özəlliyini də əldə edib.

Qeyd etmək lazımdır ki, əvvəlki modeldə bu limit 40 kilovatt idi. Lakin Leaf e+ modeli 100 kilovatt gücə sahib şarj stansiyalarından enerji əldə edə bilər. Beləliklə 62 kilovatt saat batareya həcmini 40 dəqiqəyə tamamilə şarj etmək mümkündür. Bununla yanaşı şirkət həmçinin elektromobilin multimedia sistemini də yeniləyib. Elektromobilin salonunda 8 düym sensorlu ekran yerləşir. Həmçinin elektromobili evin enerji sisteminə və Nissan-ın enerji saxlama sisteminə də inteqrasiya etmək mümkündür. Avropada Nissan Leaf e+ modeli bu ilin birinci rübündə 45.000$ qiymətində satışa çıxacaq.

 

Son xəbərlər
Digər xəbərlər