Lee Kuan Yu-nun həyat qaydaları

Sinqapurun ilk baş naziri olan siyasətçi, 23 Mart 2015 tarixində vəfat edib.

Mənə az yumurta atmayıblar.

Mən uğur və uğursuzluqlarla üzləşdim və 35 yaşdan etibarən bu ölkəni necə işləməyə məcbur etmək olar deyə düşündüm.

Mən müvəffəqiyyətli bir vəkil olmaq istəyirdim. İngilislər tərəfindən idarə olunan bir ölkədə vəkil olmaq üçün, eyni onlar kimi olmaq və İngilis dili öyrənmək məcburiyyətində oldum;  mən universitetlərdə və ən yaxşı hüquq məktəblərində təhsil aldım.

Əgər Sinqapurlulara ingilis dilini öyrətməyə çalışsaydım, müqavimətlə qarşılaşardım. Əgər Cin dilini öyrənməyə çalışsaydım,bu bədbəxtliklə bitəcəkdi. Ancaq hər bir valideynə istədiyi bir seçim – ingilis və ya istənilən qaydada ana dilini  təqdim etdim. Otuz il keçdi və İngilis dili Singapurda əsas dil oldu.

Hər kəs ingilis dilini öyrənməlidir və onların ana dili ikinci bir dil olmalıdır.

Əgər uğur qazanmaq istəyirdiksə, yalnız özümüzə güvənmək məcburiyyətindəydik.

Səmimi olaq: əgər bizim qarşımızda Qərbin nümunəsi olmasaydı, biz heç vaxt irəliləməyəcəydik. Biz zəif iqtisadiyyat və geri qalan bir cəmiyyət olaraq qalacaydıq. Amma biz tamamilə Qərb kimi olmaq istəmirik.

Biz ictimai dövlətə xas olan üsullardan çəkindik.

Mən onda əmin deyiləm ki, «bir nəfər-bir səs» sistemi təklikdə mümkündür. Şəxsən mən əminəm ki,əgər hər bir ailədə 40 yaşin üstü olan kişilərin iki səsi olsaydı,bu hamı üçün daha yaxşı olardı-çünki o, uşaqlarını düşünərək daha çox şüurlu səs verərdi. O, otuz yaşındakı bir oğlandan daha məsuliyyətli bir seçici olardı.

Biz çox sıx məskunlaşmış ölkədə göydələnlərlə yaşayırıq,buna görə qonşularımıza hörmət vərdişini inkişaf etdirməliyik.

Bizim heç bir təbii ehtiyatımız yoxdur, bizim yalnız  kiçik, strateji cəhətdən vacib bir torpaq sahələrində yaşayan insanlarımız var.

Cəzanın qaçınılmaz olması korrupsiyanın qarşısını alacaq ilk amildir. İkinci amil isə bazar səviyyəsinə uyğun gəlməli olan əmək haqqıdır. Ən yüksək ödənişli şəxslərin gəlirlərinin on faizinə diqqət yetiririk, çünki bizim vəzifəli şəxslər ən yüksək ödənişli katmanda olmasalar, hökumətə niyə lazımdırlar?

Dostlarınızdan üçünü həbsə salmaqnan başlayın. Nə səbəbə olduğunu siz bilirsiniz və onlarda bilirlər.

1960-cı illərdə biz Playboy’u qadağan etdik-o vaxt başqa dünya və başqa standartlar idi.O hələdə qadağandır. İndi internetin olduğu bir vaxta niyə kimsə Playboy’u satın alsın.

Məni o narahat edir ki, sinqapurlular  Sinqapuru Danimarka və ya Yeni Zelandiya kimi normal bir ölkə hesab edirlər. Biz axı çox da sakit olmayan bir bölgədə yaşayırıq.

Birlikdə çalışmaq üçün bir-birimizi sevmək vacib deyil.

Mən heç vaxt yazılmışdan oxumuram. Mən həmişə dinləyicilərin gözlərinə baxıram. Əgər onların hər hansı bir fikri başa düşmədiylərini görürəmsə,onu başqa şəkildə təkrar edirəm. Çox güman ki, Lenin və digər yaxşı natiqlərdə bu cür edib. Mən yaxşı danışan deyiləm, amma öyrənirəm.

Mən əmin deyiləm, yüz ildən sonrada Sinqapur hələ də mövcud olacaq. Bütün bunlar mənim varislərimin nə edəcəyindən asılıdır.

Singapurlular deyingənlik üzrə çempiondurlar.

Bütün dinlər siyasətdən kənarda qalmalıdır.

Hər il doğulandan daha çox rus ölür, çünki insanlar gələcəyə inanmırlar. Amerikalılar optimistdilər , amma həyatınız çətindirsə  və yalnız bir müddətdə, neft qiymətləri artdıqda, yaxşılaşırsa, gələcəyə tam fərqli baxırsınız.

Rusları böyük bir millət kimi bitmiş olduğuna inanan hər kəs, kosmosda və nüvə sahələrində çalışan böyük alimləri, möhtəşəm ustaları və Olimpiya çempionlarını xatırlamalıdır. Kommunist sistemdən fərqli olaraq, ruslar beləcə qırağa atmaq mümkün deyil.

Demokratiyaya gəlincə, amerikalılarla mən bir çox müzakirələr aparmışam. Onlar deyirlər: necə olur ki,Sinqapur höküməti dəyişmir? Cavab verirəm:«Mən yalnız bütün seçkiləri qazanıram». Onlar deyirlər: dəyişməlisiniz, yalnız o vaxt sizdə demokratiya olacaq. Cavab verirəm: « sizdə Amerikada belə olsun. Və bizi rahat buraxın».

Freedom House və Amnesty International reytinqlərində biz siyahıda ən axırıncı sıradayıq. Bizdə ölüm cəzası var. Amma əgər ölüm cəzası olmasa və biz böyük bir beynəlxalq mərkəz olsaq, biz dünya narkotik ticarətinin mərkəzinə çevrilmiş olacağıq və dərmanlar cəmiyyətimizə yayılacaqdır.

Çində rejim, yaradılan hər hansı bir alternativ dövlətdən daha sabitdir. Gəlin elə təsəvvür edək ki, Tiananmen meydanından gələn tələbələr öz hökumətlərini formalaşdırırlar.  Həmin tələbələr sonra Fransa və Amerikaya gedib həmin vaxtdan bəri bir-biri ilə mübahisə edirlər. Müasir Çin onların rəhbərliyi altında nə olacaqdı? Sovet İttifaqından daha pis. Çin-güclü mərkəzi hakimiyyətə ehtiyacı olan böyük bir ölkədir.

Kiçik ölkələr arasındakı müharibələr yalnız bu ölkələri yox edəcək,  amma böyük dövlətlər arasındakı münaqişələr bütün dünyanı məhv edəcəkdir və bir dəfə deyil.

Mən çox böhran yaşadım. Ayağa qalxmağa kömək edən bir şey olmalıdır.

87 yaşında olanda sən özüvü xoşbəxt hiss eləmirsən. Mən yavaş-yavaş enerji itirirəm və hər il mən keçən il olduğu kimi eyni formada olmadığımı hiss edirəm.

Mən demək olar ki, hər gün meditasıya edirəm. Meditasiya zamanı ən çətin məsələ, ağlın, meymunun banan ardınca qaçdığı kimi fikirlərin ardınca qaçmamasıdır.

Artıq restoranlara gedə bilmərəm, çünki çox adam mənim əlimi sıxmaq istiyir və mən heç cür yeməyimə başlaya bilmiyəcəm. Bir restorana gedirəmsə,onda dostlarımla bir küncdə sakit ola biləcəyim yerlərə gedirəm.

Həyat yoldaşım bir neçə zərbə alıb və artıq iki ildiki yatağa zəncirlənib. O danışmır, lakin o, şüurundadır. Onunla söhbət edərkən məni dərk edir – hər gecə bunu edirəm. O yatmır məni gözləyir. Ona günümün necə keçdiyini danışıram. Şekspirin sonetlərini və bir müddət əvvəl öz sevdiyi şeirlərini «Şeir Antolojiyasın»dan şeirlər oxuyuram. Artıq iki il və dörd ay geridə qalıb- bu, həyatımın bir hissəsidir.

Mən özümü idarə etməyi itirə bilmərəm. Həyat davam edir. Bizdə daha xoşbəxt il ola bilərdi. Gec-tez hər şey bitəcək.Mən bilmirəm bizdən hansımız birinci gedəcək,o yoxsa mən. Ona dedim ki, mümkün qədər uzun müddət ərzində öz şirkətini saxlamaq üçün əlimdən gələni edəcəyəm. O məni başa düşdü.

Yaxşı bir Çin sözü var: «İnsanın  tabutunun ağzını mismarlamadan onu günahlandırmayın». Mən ölməmişdən əvvəl ağılsız bir şey etmək üçün vaxtım var.

Həyatımda dəhşətli şeylər etmək məcburiyyətində qalmışam, insanları istintaqsız həbsxanaya salmaq kimi.

Mən etdiyim hər şeyin doğru olduğunu söyləmirəm, amma hər şey yaxşı bir məqsəd üçün edildi.

Bilirəm ki, yavaşlasam və istirahət etsəm, mən formamı tez itirəcəyəm. Mənim bütün həyatım gündəlik problemə reaksiya verməkdir. Birdən ondan imtina etsəm, golf oynasam, gəzməyə getsəm, günbatımını seyr etsəm, roman oxusam, dərhal yaşlanacağam.

Göydə və ya başqa bir yerdə yoldaşımla görüşəcəyimi düşünmürəm amma külümüzün bir yerdə bastırılmasını istəyirik.

Hər şey başa çatdıqdan sonra sən öyrənirsən və müdrik olursan. Bu həyatdır.

Əgər birinci yer üçün mübarizə aparmırsansa, heç onuncu yerədə sahib olmuyacaqsan.