Sinqapurun ilk baş naziri olan siyasətçi 23 mart 2015-ci il tarixində vəfat edib.
Mənə az yumurta atmayıblar.
Mən uğur və uğursuzluqlarla üzləşdim və 35 yaşdan etibarən bu ölkəni necə işləməyə məcbur etmək olar deyə düşündüm.
Mən müvəffəqiyyətli bir vəkil olmaq istəyirdim. İngilislər tərəfindən idarə olunan bir ölkədə vəkil olmaq üçün ingilis dilini öyrənməyə məcbur idim.
Əgər sinqapurlulara ingilis dilini öyrətməyə çalışsaydım, müqavimətlə qarşılaşardım. Əgər Cin dilini öyrənməyə çalışsaydım, bu bədbəxtliklə nəticələnərdi. Cəmi otuz il keçdi və İngilis dili Singapurda əsas dil oldu.
Hər kəs ingilis dilini öyrənməlidir və bu dil sizin ikinci ana diliniz olmalıdır.
Əgər uğur qazanmaq istəyiriksə, yalnız özümüzə güvənmək məcburiyyətindəyik.
Səmimi olaq: əgər bizim qarşımızda Qərbin nümunəsi olmasaydı, biz heç vaxt irəliləməyəcəydik. Biz zəif iqtisadiyyat və geri qalan bir cəmiyyət olaraq qalacaqdıq. Eyni zamanda, bütünlüklə Qərbə bənzəmək istəmirik.
Biz çox sıx məskunlaşmış ölkədə göydələnlərlə yaşayırıq, buna görə qonşularımıza hörmət vərdişini inkişaf etdirməliyik.
Bizim heç bir təbii ehtiyatımız yoxdur. Bizim yalnız kiçik, strateji cəhətdən vacib bir torpaq sahələrində yaşayan insanlarımız var.
Cəzanın qaçınılmaz olması korrupsiyanın qarşısını alacaq ilk amildir. İkinci amil isə bazar səviyyəsinə uyğun olan əmək haqqıdır.
Məni o narahat edir ki, sinqapurlular Sinqapuru Danimarka və ya Yeni Zelandiya kimi normal bir ölkə hesab edirlər. Biz axı çox da sakit olmayan bir bölgədə yaşayırıq!
Birlikdə çalışmaq üçün bir-birimizi sevmək vacib deyil.
Mən heç vaxt yazılmışdan oxumuram. Mən həmişə dinləyicilərin gözlərinə baxıram. Əgər onların hər hansı bir fikri başa düşmədiklərini görürəmsə, dərhal ideyamı fərqli bir şəkildə təkrar edirəm. Çox güman ki, Lenin və digər yaxşı natiqlərdə bu cür edib. Mən yaxşı danışan deyiləm, amma öyrənirəm.
Mən əminəm ki, yüz ildən sonrada Sinqapur hələ də mövcud olacaq. Bu, varislərimin nə edəcəyindən asılıdır.
Singapurlular deyingənlik üzrə çempiondurlar.
Bütün dinlər siyasətdən kənarda qalmalıdır.
Hər il doğulandan daha çox rus ölür, çünki onlar gələcəyə inanmırlar.
Rusları böyük bir millət kimi bitmiş olduğuna inanan hər kəs kosmosda və nüvə sahələrində çalışan böyük alimləri, möhtəşəm ustaları və Olimpiya çempionlarını xatırlamalıdır. Kommunist sistemdən fərqli olaraq, rusları beləcə qırağa atmaq mümkün deyil.
Demokratiyaya gəlincə, amerikalılarla mən bir çox müzakirələr aparmışam. Onlar deyirlər: necə olur ki, Sinqapur höküməti dəyişmir? Cavab verirəm:«Bütün seçkilərdə mən qalib oluram». Onlar deyirlər: dəyişməlisiniz, yalnız o vaxt sizdə demokratiya olacaq. Cavab verirəm: « Amerikada belə olsun, bizi isə rahat buraxın».
Freedom House və Amnesty International reytinqlərində biz siyahıda ən axırıncı sıradayıq. Bizdə ölüm cəzası var. Amma əgər ölüm cəzası olmasa və böyük bir beynəlxalq mərkəz olsaq, biz dünya narkotik ticarətinin mərkəzinə çevrilmiş olacağıq və dərmanlar cəmiyyətimizə yayılacaqdır.
Çindəki rejim hər hansı bir alternativ dövlətdən daha sabitdir. Gəlin elə təsəvvür edək ki, Tiananmen meydanından gələn tələbələr öz hökumətlərini formalaşdırırlar. Həmin tələbələr sonra Fransa və Amerikaya gedib həmin vaxtdan bəri bir-biri ilə mübahisə edirlər. Müasir Çin onların rəhbərliyi altında nə olacaqdır? Sovet İttifaqından daha pis. Çin-güclü mərkəzi hakimiyyətə ehtiyacı olan böyük bir ölkədir.
Kiçik ölkələr arasındakı müharibələr yalnız bu ölkələri, böyük dövlətlər arasındakı münaqişələr isə bütün dünyanı məhv edəcək.
Mən çox böhran yaşadım. Ayağa qalxmağa kömək edən bir şey olmalıdır.
87 yaşında olanda sən özüvü xoşbəxt hiss etmirən. Mən yavaş-yavaş enerji itirirəm və ildən-ilə bir il əvvəl olduğu kimi eyni formada olmadığımı hiss edirəm.
Mən demək olar ki, hər gün meditasıya edirəm.
Artıq restoranlara gedə bilmərəm, çünki çox adam mənim əlimi sıxmaq istiyir və mən heç cür yeməyimə başlaya bilmirəm. Bir restorana gedirəmsə, dostlarımla bir küncdə sakit ola biləcəyim yerlərə üstünlük verirəm.
Həyat yoldaşım bir neçə zərbə alıb və artıq iki ildir ki, yatağa zəncirlənib. O danışmır, lakin şüurundadır. Onunla söhbət edərkən məni dərk edir – hər gecə bunu edirəm. O, yatmır və məni gözləyir. Ona günümün necə keçdiyini danışıram. Şekspirin sonetlərini və bir müddət əvvəl öz sevdiyi şeirlərini oxuyuram. Artıq iki il və dörd ay geridə qalıb – bu, həyatımın bir hissəsidir.
Mən özümü idarəetmək qabiliyyəyimi itirmək istəmirəm. Həyat davam edir. Bizdə daha xoşbəxt il ola bilərdi. Gec-tez hər şey bitəcək. Mən bilmirəm bizdən hansımız birinci gedəcək – o, yoxsa mən. Ona dedim ki, mümkün qədər uzun müddət ərzində öz şirkətini saxlamaq üçün əlimdən gələni edəcəyəm. O məni başa düşdü.
Yaxşı bir Çin sözü var: «İnsanın tabutunun ağzını mismarlamadan onu günahlandırmayın». Ölməmişdən qabaq ağılsız bir şey etmək üçün vaxtım var.
Bəzən həyatımda dəhşətli şeylər etmək məcburiyyətində qalmışam, məsələn, insanları istintaqsız həbsxanaya salmaq kimi.
Mən etdiyim hər şeyin doğru olduğunu söyləmirəm, amma hər şey yaxşı bir məqsəd üçün edilmişdir.
Bilirəm ki, yavaşlasam və istirahət etsəm, formamı tez itirəcəyəm. Mənim bütün həyatım gündəlik problemə reaksiya verməkdən ibarətdir. Birdən ondan imtina etsəm – golf oynasam, gəzməyə getsəm, günbatımını seyr etsəm, roman oxusam – dərhal yaşlanacağam.
Göydə və ya başqa bir yerdə yoldaşımla görüşəcəyimi düşünmürəm, amma külümüzün bir yerdə bastırılmasını istəyirəm.
Hər şey başa çatdıqdan sonra sən öyrənirsən və müdrik olursan. Bu – həyatdır.
Əgər birinci yer üçün mübarizə aparmırsansa, heç onuncu yerə də sahib olmuyacaqsan.