5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Lizinq “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 23-25 sentyabr 2024-cü il tarixi aralığında yekunlaşmışdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“Legion Financial” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001025464 |
|
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
|
Səhmlərin sayı |
10,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
Buraxılış həcmi |
1,000,000 manat |
|
Hərrac qiyməti |
100 manat |
|
Reallaşdırılmış həcm |
395,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
395,000 manat |
|
İnvestor sayı |
2 |
|
Sifariş sayı |
2 |
|
Anderrayter |
“Assist Finance İ.Ş” ASC |








