27 C
Baku
Wednesday, April 24, 2024

Lehman Brothers – nəhəng bankın iflas səbəbi

Lehman Brothers – nəhəng beynəlxalq investisiya banklarından biri idi. Bankın adı iflas olduqdan sonra daha tez-tez hallanmağa başladı. Belə ki, bir çox iqtisadçının fikrincə, məhz Lehman Brothers bankı 2008-2009-cu illərin iqtisadi böhranında dönüş nöqtəsi rolunu oynamışdır.

Sözügedən bu bank bütün dünya üzrə geniş filial şəbəkəsinə malik aparıcı beynəlxalq şirkət idi. Lehman Brothers bankı 1850-ci ildən başlayaraq 1008-ci ilə qədər fəaliyyət göstərdi və fəaliyyəti dövründə aktivlərinin həcminə görə ABŞ-da dördüncü pilləyə sahib idi. Bankın yaradıcıları Henri, Emmanuel və Meyer Lehman idi və baş ofisi Nyu-Yorkda yerləşirdi.

Lehman Brothers-in əsas fəaliyyət istiqaməti derivativlər bazarında törəmə maliyyə alətlərindən istifadə edərək investisiya xidməti göstərməkdən ibarət idi. 2008-ci ilin 15 sentyabr tarixində bank iflas etdiyini elan etdi. Bu elanın ardınca bütün dünya üzrə bankın əksər investorları öz vəsaitlərini itirdi.

Bankın müflis olması üçün əsas səbəblərdən biri kimi, etibarsız maliyyə hesabatının yaradılması göstərilir. Belə hesab edilir ki, bank fəal olaraq kölgə bankçılığından istifadə edib. Kölgə bankçılığının mahiyyəti isə ondan ibarətdir ki, növbəti rübün başa çatmasından bir qədər sonra bank problemli aktivlərinin bir hissəsini özünün Lehman Brothers International adlı London bölməsinə köçürməsidir. Bu bölmə isə öz növbəsində aktivlərin daha yüksək qiymətlə geri alınması öhdəliyi ilə üçüncü bir tərəfə satmaqla bağlı müqavilə imzalamışdı. Bununla belə, real dəyəri 105 dollar olan qiymətli kağızlar 100 dollara satılırdı. Bank bununla süni olaraq hesabatda borcluluq həcmini azaldır, növbəti rübün əvvəlində isə kredit vəsaitlərindən istifadə edərək bu aktivləri geri alırdı.

Lehman Brothers bankı “Too big to fail” kateqoriyasına aid olduğundan onun iflas etməsi dünya ictimaiyyəti qarşısında əhəmiyyətli kredit təşkilatlarınını xüsusi olaraq tənzimlənməsinin vacibliyi məsələsini qaldırmış oldu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər