Futbol həvəskarları əsasını 3-cü və hətta 4-cü divizionun oyunçularının təşkil etdiyi Leicester klubunun İngiltərənin ən varlı və prestijli futbol çempionatı olan İngiltərə premyer liqasında çempion olmasından xəbərdardır.
İndi “Leicester” professionalizmin ölçülməsi üçün yeni anlayışdır və heç şübhəsiz müasir insanın gündəlik söz lüğətinə daxil olacaq.
Mövsümün əvvəlində bukmekerlər Leicester komandasının qalibiyyəti üçün ən “alçaldıcı” məbləği təklif edirdilər. Bu zaman təklif 5001-in 1-ə idi. Komanda isə bu təxminlərin heç bir əhəmiyyətinin olmadığını sübut etdi, baxmayaraq ki, statistik cəhətdən onların heç bir şansı yox idi.
Leicesterə bu mövsüm 30 illik məşqçilik karyerası boyunca bir dəfə belə olsun çempionatlarda qalib gəlməyən 64 yaşlı Klaudio Ranieri başçılıq edir. O Yunanıstan milli komandasına rəhbərlikdən biabırçı çəkildə qovulduqdan sonra ingilis klubuna rəhbərlik etməyə başlamışdı.
Komandanın oyunçuları isə əvvəllər heç bir çempionluq yaşamamışdılar (yalnız 1 oyunçudan başqa). Çünki komandanın heyətini digər klubların imtina etdiyi uğursuz futbolçular təşkil edirdi.
Lakin buna baxmayaraq klubun bütün oyunçuları hazırda əksər insanların sahib olmadığı xüsusiyyətə – ruh yüksəkliyinə sahib idilər. Onlar ən yaxşı adına layiq görüldülər, çünki ən güclü motivasiya onlara məxsus idi, çünki İngiltərədə futbol istedadlarının özünü təkmilləşdirilməsi və inkişaf etdirməsi üçün struktur yaradılmışdır.
Bəs Leicester klubunun sirri nədədir?
Komandanın kapitanı Ues Morqan demişdir: “Komandamızda olan ruh yüksəkliyinə başqa heç harda rast gəlməmişəm. Biz həqiqətən qardaş kimiyik!”
Klubun əsas məqsədi ustad oyunçuları bir araya toplamaq deyil, ilk öncə motivasiyalı “döyüşçüləri” bir araya gətirmək idi. Bu döyüşçülər isə öz növbəsində karyeralarındakı uğursuzluqlara baxmayaraq, öz qərarlılıqlarını sübut etməli idilər. Buna görə də komanda digər komandalar kimi sadəcə oyuna çıxmırdı, onlar futbolda savaşmaq üçün meydana ayaq basırdılar.
Komanda oyunçuları hər dəfə biri digərinin səhvini kompensasiya etdikdə özlərinin “yaxşı futbolunu” sübut edirdilər.
Beləliklə, “uğursuz” məşqçinin rəhbərliyi altında olan “uğursuzlardan” ibarət komanda bütün statistikaları və təxminləri puç edən bir futbol maşınına çevrildi.
Motivasiya öz sözünü dedi: statistikaya əsasən Leicester klubunun oyunçuları oyun ərzində daha az zədələnir, liqadakı digər oyunçulardan daha az oyun buraxmalı olmuşlar.
Komandanın şəxsi statistikasına əsasən o 36 oyuna 22 qələbə, 3 məğlubiyyət, 15 oyun sıfır hesablı və 64 qola sahib idi.
Leicester qalib gəldi, çünki müasir dünyada qeyri-mümkün anlayışı mövcud deyil. Motivasiyalı insanlar dəyişməyə qərar verirsə, öz işinə könüldən bağlı şəxsləri bir araya toplayırsa bu zaman fəth edilməyəcək heç bir zirvə yoxdur. 21-ci əsrdə hər şeyi dəyişmək üçün uzun illər gözləmək tələb olunmur. Əgər sən həqiqətən inandığın iş uğrunda mübarizə aparmaq iqtidarındasansa dəyişikliklər ani olaraq baş verəcək.
Ranieri deyir: “Biz kiçik komandayıq, buna görə də, bütün ürəyimiz və ruhumuz ilə mübarizə aparmalıyıq. Mənə maraqlı deyil, bizə qarşı oynayan kimdir. Mən istəyirəm ki, siz savaşasınız. Əgər onlar bizdən güclüdürsə, ok, onları təbrik edə bilərəm. Lakin siz onları məcbur etməlisiniz ki, onlar daha güclü olduqlarını sübut etsinlər. Bizim tarixçəmiz bütün dünyada olan azarkeşlr üçün vacibdir. O nə vaxtsa “sən yaxşı oyunçu deyilsən” kəlməsini eşidən bütün gənc oyunçular üçün də mühümdür. Onlar özlərinə deyə bilərlər: Əgər onlar bunu bacardısa, nəyə görə biz də bacarmayaq?! Qalib gəlmək üçün nə lazımdır? Böyük müqavilə? Xeyr. Ad? Xeyr. Ağıl, ürək ilə işləmək, irəli atılmaq, dözümlü olmaq lazımdır”.