-3 C
Baku
Sunday, December 15, 2024

“Lenovo” böyükhəcmli akkumulyatora və NFC texnologiyasına malik ucuz smartfonunu təqdim edib

Çinin “Lenovo” şirkəti böyükhəcmli akkumulyatora malik ucuz ” Moto G20″ smartfonunu təqdim edib. Qiyməti 150 avro təşkil edir.

“Moto G20” cihazı 1600×720 piksel təsvir ölçülü 6,5 düymlük displeylə təchiz edilib. Displeyin yeniləmə tezliyi 90 Hs təşkil edir. Smartfon 8 nüvəli “Unisoc T700” prosessoru və 850 MHs takt tezlikli “Arm Mali-G52” video qrafik kartı ilə təchiz edilib. “Android 11” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən “Moto G20” aparatı 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.

48, 8, 2 və 2 mp-lik təsvir ölçülü 4 modullu kameraya malik “Moto G20” cihazına, həmçinin 13 mp-lik selfi kamera quraşdırılıb. Bundan başqa, cihaz 5000 milliamper/saat tutumunda akkumulyator, “NFC” texnologiyası, “USB-C” portu ilə təchiz edilib və “IP52” standartına uyğun olaraq suya davamlıdır.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər