12 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Lenovo” dünyaya ilk 5G noutbukunu təqdim etdi – Qiymət $1400

“Lenovo” dünya bazarına yüksək sürətli 5G şəbəkəsinə qoşula bilən noutbuk təqdim edib. Qeyd edildiyi kimi, 5G ilə əlaqəni Qualcomm X55 5G modemi təmin edir. 

5G modem noutbuka 6 GHz-ə qədər tezlik diapazonunu, habelə daha sürətli mmWave dalğa diapazonunu istifadə etməyə imkan verəcəkdir. Banker.az xəbər verir ki, bu barədə “The Verge” şirkətin bəyanatına istinadən yazır. 

computer

 

 

 

 

 

 

 

 

 

 

Yeni nəsil noutbukun “beyni” qismində Snapdragon 8cx prosessoru çıxış edir. Şirkətin qeyd etdiyi kimi, bu noutbukun avtonom iş vaxtı 24 saatadək davam edə bilər. 

 

computer1

 

 

 

 

 

 

 

 

 

 

5G noutbuku bunlarla təchiz edilib: 14 düymlük sensorlu ekran və IPS matrisa, 8 Gb operativ yaddaş, 256 Gb-lıq SSD, iki USB-C portu, 3,5 mm-lik qulaqcıq portu və əl izinin skaneri. Cihaz Windows 10 Pro əməliyyat sistemi ilə işləyir. 

Bu noutbuk Verizon operatoru üçün eksklüziv olaraq Flex 5G adı altında satılacaq. Onu iyunun 18-dən 1400 dollar qiymətinə almaq mümkün olacaq.

Son xəbərlər
Oxşar xəbərlər