21 C
Baku
Monday, May 20, 2024

Lenovo IBM-in server biznesini alacaqmı?

Çinin kompüter istehsalçısı Lenovo IBM şirkətinin server biznesinin bir hissəsini almaq barədə danışıqları təzələdi. Rəsmi məlumat sadəcə Lenovo şirkətinə məxsusdur, müqavilənin qiyməti isə hələ ki açıqlanmır.

Lenovo şirkəti müqavilə ilə bağlı məlumatı elan etdiyi andan etibarən şirkətin səhmləri 3% artmışdır. Şirkətlər bu müqavilə ilə bağlı məsələləri artıq keçən il müzakirə etsələr də, qiymətdə razılığa gələ bilməmişdilər.

Qeyd edək ki, Lenovo şirkəti 2005-ci ildə IBM şirkətinin fərdi kompüter istehsal edən bölməsini almışdı. Çinlilər yeni səhmlərə 1,25 milyard dollar ödəmişdilər və o zamandan etibarən ThinkPad noutbukları Lenovo brendi altında istehsal edilirdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər