“Lenovo” şirkəti noutbuklar üçün simsiz “Go USB-C Wireless Charging Kit” şarjını təqdim edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bildirilir ki, yenilik 2021-ci ilin oktyabr ayından etibarən satışa çıxarılacaq, qiyməti isə təxminən 139 avro təşkil edəcək.
Dəstə noutbukun USB-C portuna qoşulmaq üçün simsiz şarj qəbuedicisi və “Go USB-C Wireless Charging Kit” daxildir. Cihaz “Power by Contact” texnologiyası ilə işləyir və istənilən 13 və 14 düymlük noutbuklar üçün uyğun gəlir. Şirkətin verdiyi məlumata görə, “Go USB-C Wireless Charging Kit” yalnız sensor ekranı olan modellər dəstəkləməyəcək.