26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Lenovo” şirkəti yeni “5G” noutbukunu təqdim edib

Screen Shot 2021 09 02 at 14.34.20

“Lenovo”nun noutbuklar kataloquna tezliklə beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən “Qualcomm Snapdragon 8cx” adlı ARM prosessoru əsasında işləyən yeni model əlavə ediləcək. Orta qiymət seqmenti üzrə hazırlanan yenilik yalnız daxili “5G” modemlə deyil, həm də böyük avtonom müddəti (20 saatadək) ilə fərqlənir.

“Lenovo IdeaPad 5G” adlı noutbuk 1920×1080 piksel təsvir ölçülü 14 düymlük ekranla təchiz ediləcək. Qurğunun çəkisi 1,2 kq təşkil edir. Şirkət, həmçinin LTE şəbəkələrində işləmək üçün yeniliyin “Snapdragon 8c” çipi ilə təchiz edilmiş daha ucuz modifikasiyasını təqdim edəcək. Hər iki versiya maksimum konfiqurasiyada 8 QB əməli yaddaş və 512 QB-lıq SSD daşıyıcı ilə təchiz ediləcək.

Qurğunun korpusunda 3 ədəd “USB Type-A” portu, enerjidoldurma funksiyasına malik “USB 3.2 Type-C” portu və uyğunlaşdırılmış audiokonnektor yerləşdirilib. Modelin digər xüsusiyyətləri arasında “Windows Hello” biometrik avtorizasiyası üçün infraqırmızı sensordan ibarət veb-kamera və “Wi-Fi 802.11ac” modulu var.

İstehsalçının bəyanatına görə, qurğunun akkumulyatoru 20 saat fasiləsiz video izləməyə imkan verir. Yeni cihazın ölçüləri 321,7x207x14,9 mm təşkil edir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:İctnews
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər