13 C
Baku
Saturday, May 4, 2024

“Lenovo” yeni OLED displeyli noutbuk təqdim edib

“Lenovo” şirkəti yeni 13.3 düymlük OLED displeyli Yoga Book 9i noutbukunu təqdim edib. Məlumata görə, yenilik 1.6 sm qalınlığındadır və 2023-cü ilin iyununda satışa çıxmalıdır.

Cihaz təkcə ənənəvi noutbuk kimi deyil, həm də planşet kimi istifadə oluna bilər. Noutbukun klaviaturası digər cihazlara da qoşulur. Komplektə həmçinin qeyd və rəsm üçün nəzərdə tutulan stilus daxildir.

download 2

download

Yoga Book 9i noutbuku 13-cü nəsil Intel Core i7-U15 prosessoru, Intel Iris Xe videokartı, üç USB-C portu və Thunderbolt 4 dəstəyi alıb. Cihazın operativ yaddaşı 16 Gb, SDD-yaddaşı isə konfiqurasiyadan asılı olaraq 512 Gb və ya 1 Tb təşkil edir.

Noutbukun qiyməti 2099 dollardan başlayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər