21 C
Baku
Tuesday, October 8, 2024

“Lenovo”dan qeyri-adi noutbuk-planşet [FOTO+VIDEO]

“Lenovo” şirkəti Berlində keçirilən “İFA 2016” sərgisi çərçivəsində özünün yeni “YogaBook” noutbuk-planşetini təqdim edib.

“Engadget” portalına istinadən xəbərə görə, “YogaBook”un əsas xüsusiyyəti ənənəvi klaviaturadan imtina olunmasıdır. Klavuatura funksiyasını ikinci sensor ekranı yerinə yetirir.

Fiziki klavişlər olmadan çap etmək çətin olsa da, sensor ekranı ilk növbədə dizaynerlər və rəssamlar üçün bir sıra yeni imkanlar açır, əlyazma mətnlə işləməyə şərait yaradır.

10,1 düym ekran onu 360 dərəcə çevirməyə imkan verir, bunun sayəsində qeyri-adi noutbuk asanlıqla standart planşetə çevrilir. Cihazın çəkisi cəmi 690 qram, eni 9,6 millimetrdir.

“YogaBook” “İntel Atom x5-Z8550” prosessoru, 4 GB operativ yaddaş, 64 GB yığıcı ilə təchiz olunub. Cihaz “Android” və “Windows” əməliyyat sistemləri ilə çalışır.

Lent.az

Son xəbərlər
Digər xəbərlər