23 C
Baku
Saturday, April 20, 2024

Leo Babauta: Çıxılmaz vəziyyəti aşılamaq üçün 7 addım

Yazıçı və psixoloq Leo Babauta əmindir ki, istənilən həyati çətinliyin öhdəsindən gəlmək olar. Budur ki, sizə onun hekayəsini təqdim edirik.

Bəzən eyni yerdə qaldığımızı və bizə xoşbəxtlik gətirməyən şeyi dəfələrlə təkrarladığımızı hiss edə  bilərik.

Kimdə vacib bir işi təxirə sala, qətiyyətsizlik və ya perfeksionizmdən əziyyət çəkə bilər. Və ya gücünü toplayıb idmana və meditasiyaya başlaya, maliyyəsini səliqə-sahmana sala, həyatını dəyişdirə bilmir.

Bu, çıxılmaz vəziyyətdir. Mən isə – ondan qaçmağın mümkün olduğunun canlı nümunəsiyəm.

Həyatımda dəfələrlə çıxılmaz vəziyyətə düşdüm və bildim ki, çıxış yolu həmişə var. Sadəcə üzləşdiyiniz problemləri və mürəkkəb vəziyyəti qəbul etməlisiniz. Ondan keçməlisiniz. Əvvəlki həyata qayıtmağınız üçün güclü olmalı olduğunuzu dərk etməlisiniz.

Sizinlə çıxılmaz vəziyyətdən özünüzə yeni yol açmağa kömək edəcək bir neçə prinsipdən danışacağam.

1. Çətinliklərin üzünə baxın. Mürəkkəb layihə, maliyyə qarışıqlığı və ya ümumi xaos, idman, pəhriz və ya sağlamlıq problemləri barədə düşünməkdən qacınsanız.. çox şey dəyişməyəcək, əgər “çəhrayı eynəkləri” çıxarmasanız. Çətinlikləri qəbul etmək və onlar üzərində işləmək – bu, dəyişikliklər üçün ən vacib şərtlərdən biridir.

2. Qərar verin və qarşınıza hədəf qoyun. Əgər bir şeyin fərqli şəkildə baş verməsini istəyiriksə, dəyişiklərlə bağlı qərar verməyiniz lazımdır. Bu çox sadədir, lakin dəyişmək istədiyimiz zaman yenə də aralıq vəziyyətdə qalmağa davam edirik. Dəqiq qərar vermək – özünə sual verməyi dayandırmaq deməkdir: “Bunu etməliyəm, yoxsa yox?. Daha sonra qarşıya məqsəd qoyuruq: “Nə etmək istəyirəm?”.

3. Özünüzə qarşı mərhəmətli olun. Eyni hərəkəti dəfələrlə təkrarlamaqla həqiqətən özümüzü tükəndirə bilərik. Məyusuq, əsəbiyik və özümüz haqqında mənfi fikir formalaşdırmağa başlayırıq. İnanın ki, bunu çox yaxşı bilirəm! Bu, çıxılmaz vəziyyətdən qurtulmağa kömək etməyəcək – əksinə, daha çox boğulacaqsınız. Bəs özünüzə qarşı mərhəmətli olsanız, onda necə? Bu o demək deyil ki, nəyisə dəyişdirmək cəhdindən imtina edirik. Sadəcə problemlərə ruh düşkünlüyü əlavə etmirik. Əlavə etsək də, dəstək və mərhəmət göstəririk.

4. Sizinlə həmfikir olan insanları tapın. Çoxları çıxılmaz vəziyyətdən təkbaşına çıxmağa çalışır. Bu daha təhlükəsizdir. Təcrübə göstərir ki, problemləri digər insanlarla birgə həll etmək daha asan və effektiv olur. Həmfikir insanları tapın, özünüzlə mərcə girin, öz sürünüzü axtarın. Müəyyən müddətdən sonra yalnızlıq hissini aradan qaldırmağa və təslim olmaq istədiyiniz zaman dəstək qazanmağa kömək etdiyini başa düşəcəksiniz.

5. Təcrübə üçün vaxt ayırın və ona sadiq qalın. Maraqlıdır ki, çox vaxt bir şey edəcəyimizi söyləyirik, amma sözümüzə riayət etmirik. Özünüzlə görüş keçirin. Və ya başqa birinə görüş təyin edin və probleminizi birlikdə həll edin. Təcrübə keçirməyə davam edin və tədricən dəyişiklikləri görəcəksiniz.

6. Kiçik qələbələr, ləng dəyişikliklər, heyrətamiz irəliləyiş. Əvvəlcə kiçik qələbələrə diqqət yetirin. Özümə yalnız ayaqqabılarımı bağlayıb qapıdan çıxacağımı dedim. Tədricən sürəti artırmağa başladım. Nəticədə bir il ərzində marafon qaçdım.

7. Mükəmməllik deyil, irəliləyiş. Mükəmməlliyə nail olmağa çalışmayın. Düzgün istiqamətdə hərəkət etməyə çalışırsınız. Keçən həftə dörd gün meditasiya etmədiniz? Axı ondan əvvəlki üç gün etdiniz! İrəliləməyə davam edin və kiçik səhvləri özünüzə bağışlayın.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər