3 C
Baku
Wednesday, February 4, 2026

Leobank və Wolt müştərilər üçün ödənişsiz abunəlik kampaniyasına start verib

Leobank Wolt çatdırılma xidməti ilə birgə kampaniyaya start verib. Kampaniya çərçivəsində müştərilər ödənişsiz Wolt+ abunəliyi əldə edə bilərlər. Şərtlər və qaydalar kartın növündən və müştəri statusundan asılı olaraq dəyişir.

Leobank VIP müştəriləri üçün ödənişsiz Wolt+ abunəliyi

Leo Prime kart sahibləri kampaniya çərçivəsində 12 aylıq ödənişsiz Wolt+ abunəliyi əldə edə bilərlər. Bu abunəlik müştərinin Leobank tətbiqində aldığı şəxsi link vasitəsilə aktivləşdirilir.

Digər Leobank müştəriləri üçün ödənişsiz Wolt+ abunəliyi

Leo Black və Leo Uşaq kartı sahibləri ödənişsiz 3 aylıq Wolt+ abunəliyi əldə edə bilərlər.

Kampaniyada iştirak etmək üçün müştərilər Leobank tətbiqində təqdim olunan sadə bir tapşırığı yerinə yetirməlidirlər. Tamamlandıqdan sonra 3 aylıq Wolt+ abunəliyini aktivləşdirmək üçün promokod alırlar.

Kampaniyanın vacib şərtləri
Promokod yalnız aktiv Wolt+ abunəliyi olmayan və son 60 gündə abunə olmayan istifadəçilər üçün keçərlidir.

Wolt+ abunəliyi istifadəçilərə aşağıdakıları təqdim edir:

  • seçilmiş mağaza və restoranlardan sifarişlərdə 0 AZN çatdırılma haqqı;
  • Wolt tətbiqində əlavə endirimlər və bonuslar;
  • abunəçilər üçün eksklüziv şərtlər.

Kampaniyaya Leobank müştəriləri üçün mobil tətbiq vasitəsilə əlçatandır.

 

Son xəbərlər
Digər xəbərlər