15 C
Baku
Saturday, April 20, 2024

Leonardo da Vinçi-dən 7 məhsuldarlıq dərsi

Leonardo da Vinci – Renesans dövrünün ən qabiliyyətli qəhrəmanlarından biridir.« Vitruvian İnsan» və «Mona Lisa»- dan anatomiya, geologiya və mexanika sahəsində elmi kəşfləri – onun mirası bu günə qədər araşdırılır. Eyni zamanda Da Vincini dəhşətli dahi adlandırmq olmaz: insanlarla ünsiyyət qurmağı sevirdi, işdən tez-tez fikri yayınırdı və başladığı işi yarıda qoya bilirdi. Bi rəssam kimi dedlaynların öhdəsindən gəlirdi, iş siyahısını tərtib edirdi və rezüme hazırlayırdı- T&P «universal insan»  kimi ən faydalı verimlilik dərslərini toplayıb.

Hər şey ilə maraqlanın

Da Vincini həyatda  hər şeyi maraqlandırırdı: quşların necə uçduğu, yüksələn ayın parlaqlığı, insan üzünün əzələləri, timsahın çənəsinin necə olduğu və s.. Daimi müşahidə prosesində özü üçün yeni vəzifələr və suallar hazırlayırdı (məsələn, «ağacdələnin dilini təsvir et») və onları özünəməxsus bir tapşırıqların siyahısında yazırdı. Da Vinci açıq-aydın şərhlərlə kifayətlənmirdi  və ən gündəlik hadisələrin səbəblərini anlamağa çalışırdı.

Bu sualların bir çoxu onun işi ilə əlaqəli deyil və uşaqların maraqlarına bənzəyir. «Leonardo üçün sadə gözləm dünyanı öyrənmək üçün əsas yol idi. O kitabların dəyərini qəbul edirdi, amma həmişə özünü bir təcrübə ustası adlandırırdı», deyə Oksford Universitetinin İncəsənət tarixinin professoru Martin Kemp qeyd edir. Hər şeyə maraq göstərmək onu birbaşa böyük kəşflərə gətirməmişdir, lakin dünyanın baxışlarını zənginləşdirmiş və müxtəlif tərəfdən verdiş verilmiş şeylərə baxmağa kömək etmişdir.

Sərhədləri nəzərdən keçirin

Da Vincinin maraq dairəsini bu gün «disiplinlerarası» adlandırılardı, amma o, heç vaxt biliyi vacib və qeyri-vacibə bölmürdü. Elm və sənət, anatomiya və mühəndislik mütəfəkkir üçün vahid bir sahə meydana gətirirdi.

«Yaxşı fikirlər qarşılıqlı əlaqələr zamanı yaranır. Bu gün biz elm və sənət arasında fikir mübadiləsinə qayıtmaq lazım olduğunu bildiyimiz bir qədər bilik ixtisasına nail olmuşuq»- Virciniya Universitetinin İncəsənət və Humanitar fakültəsinin dekanı Francesca Fiorani. Da Vincinin tərcümeyi-halının müəllifi Walter Isaacson, Bloombergə verdiyi müsahibədə, onun qəhramanının müasir dahi Steve Jobsa bənzər olduğunu qeyd etdi, çünki hər ikisi elm və sənət arasındakı dərin bir əlaqə olduğuna inanırdı: «Gözəllik, dizayn və texniki inkişafları onlar bir  bütün olaraq görürdü».

Bir komanda olaraq oynayın

Da Vinci uzun illər Renesans dövrünün  bazar və intellektual mərkəzi olan Florensiyada yaşamış və işləmişdir. Medicinin himayəsi altında Florensiya fərqli mənşəli və hər cür düşüncəli insanlara ev sahibliyi etdi. Walter Isaacson yazırdı: «Gənc Leonardo zərgərlər, dərzilər, kimyaçılar, memarlar, sənətkarlarla əhatə olunmuşdu – hamısı bir yerdə işləyirdi, bir-birindən təcrübə yığırdılar». Da Vinci – qeyri-qanuni doğulmuş, bir qədər bacarıqsız və açıq şəkildə gey idi – müxtəlif insanların yerləşdiyi şəhər ətraf mühitdə – Şərqdən riyazyyatçılardan tutmuş  Afrikadan sənətkarlara qədər yaşayan bir yerdə yaşayırdı.

Milana köçəndən sonra , Da Vinci artıq Krallıqda arasında həmsöhbətlər axtarmağa başlamışdı. Rəssamı tənha bir dahi adlandırmaq çətindir – məsələn, onun «Vitruvian İnsan» əsəri dost və fikir birləşmələri ilə çoxsaylı müzakirələrdən ilhamlanır.

Dedlaynlarda ilişməyin

Da Vinci fikirlərinin çoxunu sonuna qədər  tamamlamırdı. Bəziləri deyirlər ki, o, sadəcə çaşqınlıq içində olurdu, başqaları isə ambisiyalarının vaxtından əvvəl olduğunu düşünürlər. Bəzi layihələr sadəcə imkansız idi – məsələn, uçan maşın. Amma bundan yeni şeylər icad etməyi və öyrənməyi dayandırmırdı. «Bəzən imkanlarınızın məhdudiyyətlərini öyrənmək üçün səhv etmək pis deyil. Necə deyərlər, mən səhv etməyə hazıram, amma imkan verin öyrənim niyə» – Isaacson yazır.

Müxtəlif hesablamalara görə, sənətkar 10-14 il «Mona Lisa» üzərində işləmişdir və ehtimal ki,bu əsəri tam bitirməmişdir. Bəzi tədqiqatçılar, şəkilin bəzi hissələrində istifadə edilən texnikalara görə, Da Vincinin ölümünədək bu rəsmin üzərində çalışdığını bildirirlər. Bəzi həllər və layihələr davamlı inkişafa layiqdirlər.

Müdrik şəkildə tərəddüd edin

Da Vinci «Axşamların sirri»əsəri üzərində  işləyərkən yoldaşlarından biri başqa birinə yazdı: «Leonardo çox güman ki freskanı bitirmək istəmir. Çəkmək lazım olanda, o, geometriya, arxitektura və anatomiya  haqqında düşünür», Ross Kinq «Leonardo da Vinci Fantasiyası »adlı kitabında yazır.

Da Vinci tərəddüd edirdi, lakin xüsusi bir şəkildə. Bu zaman o, özünə məxsus olan bütün faktlar və konsepsiyaları birləşdirərək  xüsusi bir şey yaratmağa çalışırdı. Birdəfə  Da Vinci müştərisinə  dedi: «Böyük zehinlər, mümkün qədər az işləyərkən tez-tez ən böyük nəticə əldə edirlər. Bu anda onlar  düşünürlər və fikirlərini dəqiqləşdirirlər».«Axşamların sirri»əsəri üzərində işləyərkən,o, bir freskə bir neçə saat baxıb , kiçik bir çizgi edib çevrilib gedə bilərdi.

Özünüzü təqdim edin

Da Vinci yaxşı rezüme yaradırdı. Milanda bir hərbi mühəndis işinə  düzəlməyə çalışarkən, şəhərin başçısına xidmətlərinin faydalı olmacağını bildirən 10 səbəb yazmışdı. Tez-tez iş axtaranlar əksini edirlər və vakansiyanın nəyə görə onlar üçün ideal olduğunu izah edirlər, lakin Da Vinci müştərilərin ehtiyaclarına yönəlirdi. Məktubda, mühəndislik sirlərini bölüşməyə söz vermişdi  və yalnız sonda rəsm çəkdiyini əlavə etmişdi.

Qeydlər yazın

Da Vinci-dən sonra 7,200 gündəlik səhvələri  saxlanılır. Ekspertlər hesab edir ki, bu, bütün qeydlərinin dörddə birini təşkil edir. Onlarda müxtəlif notlar tapılmışdı. Gündəliklərdə da Vinci hesablar (bəzən aritmetik səhvlər ilə) aparırdı, elmi işlər üçün tezislər hazırlayırdı, işlərin siyahlarını və onu maraqlandıran  sualları tərtib edirdi.

Qeydlərdə ən müxtəlif bilik sahələrindən mövzuların olmasına baxmayaraq, tədqiqatçılar onların özəl strukturlaşmalarını qeyd edirlər. Rəssam gündəliyindən ayrılmırdı, baxmayaraq ki, kağız o zaman çox bahalı idi. Onun taleyinin belə bir vərdiş olmadan necə olacağını yalnız təxmin etmək olar.

 

 

Son xəbərlər
Digər xəbərlər