10 C
Baku
Monday, November 18, 2024

Lerik rayonuna 34 yaşlı icra başçısı təyin edildi

Əkbər Abbasovun Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

“Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”- deyə, Prezident İlham Əliyevin 25 iyul 2022-ci il tarixli sərəncamında deyilir.

Qeyd edək ki, bu rayonun icra başçısı 2021-ci ilin 2 aprelinədək Rövşən Bağırov idi və həmin müddətdən bu günə qədər başçının 1-ci müavini Cəlil Baxşıyev bu vəzifəni müvəqqəti icra edirdi.

Əkbər Abbasov 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışırdı.

Son xəbərlər
Digər xəbərlər