1 C
Baku
Saturday, December 14, 2024

Lev Tolstoy – Nobel-dən imtina etmiş dahi

Lev Tolstoy –  müəlliflik hüququndan imtina edən, dövlət sisteminə qarşı gələn və kilsə tərəfindən rədd edilən bir yazıçı idi. Bundan əlavə o Nobel mükafatından imtina etməsi, pullara nifrət bəsləməsi və kəndlilərin yanında olması ilə tanınırdı. Hələ heç kəs onu bu cəhətdən tanımırdı.

O bütün ömrü boyu həyatın mənasını və bəşəri xoşbəxtliyi axtarmışdır.

  • Hər kəs bəşəriyyəti dəyişmək istədiyi bir halda, heç kim özü dəyişmək barədə düşünmür.
  • Hər şey gözləməyi bacaran şəxsə qismət olar.
  • Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir. Hər bir bədbəxt ailə isə özünə görə bədbəxtdir.
  • Güclü insanlar daim sadə olan insanlardır.
  • Hörmət – sevginin doldurmalı olduğu boşluğu qapamaq üçün düşünülmüş bir şeydir.
  • Xeyirxahlıq bir səbəbə sahibdirsə o artıq xeyirxahlıq deyil. Əgər onun bir nəticəsi, yəni qarşılığında bir mükafatı varsa bu da xeyirxahlıq deyil.
  • İnsanın yaşamağa uyğunlaşa bilməyəcəyi heç bir həyat şəraiti yoxdur. Xüsusən də ətrafındakı insanlar o şəkildə yaşayırsa.
  • Həyatda sözün əsl mənasında iki bədbəxtlik tanıyıram. Bunlar vicdanın sızlaması və xəstəlikdir. Və xoşbəxtlik yalnızca bu iki cəhətin olmaması zamanı mövcuddur.
  • Sevgidə nə az, nə çox vardır.
  • Xoşbəxtlik anını tut, özünü sevməyə məcbur et, aşiq ol! Həyatda “əsl” olan yalnızca budur, qalan hər bir şey boşdur.
Son xəbərlər
Digər xəbərlər