Levi Strauss İPO keçirərək 100 milyon dollar cəlb etməyi planlaşdırır

0

Amerikanın tanınmış cins istehsalçısı olan Levi Strauss şirkəti, çərşənbə günü IPO keçirmək niyyətini açıqlayıb.


Banker.az bildirir ki, şirkətin qiymətli kağızları "LEVI" markasının adı altında Nyu-York Fond Birjasında satılacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.


Şirkət IPO haqqında dəqiq məlumat hələ bildirməyib. Buna baxmayaraq, şirkət  100 milyon dollar cəlb etməyi planladığını qeyd edib.


Çərşənbə günü CNBC, mənbələrə istinadən bildirib ki, IPO Levi şirkətinə 600-dən 800 milyon dollara qədər maliyyə gətirə bilər, şirkətin özü 5 milyard dollar dəyərində qiymətləndirilə bilər.


Levi Strauss şirkəti 1853-cü ildə təsis edilmişdir. Hal-hazırda, cins istehsalına görə dünya üzrə lider şirkətlərdən biridir.