9 C
Baku
Thursday, December 12, 2024

“Lexus” tarixindəki ən kiçik krossover buraxacaq – Foto

Yaponiyanın “Lexus” markası tarixindəki ən kiçik krossover buraxmağı planlaşdırır.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir. Verilən məlumata görə, model “Toyota Yaris Cross” bazasında yaradılacaq.

031j

Avtomobil 1.5 litrlik üç silindrli 80 at gücündə benzin mühərrik, elektrikli mühərrik və litium-ion batareyaları komplekti ilə təchiz ediləcək. Yenilik 2023-cü ildə satışa çıxarılacaq və “Audi Q2”, o cümlədən “BMW X1” avtomobillərinə rəqib olacaq.

c81e728d9d4c2f636f067f89cc14862c 49 1200x900 1

Xatırladaq ki, martın 30-da “Lexus” elektrikli “LF-Z Electrified” krossoverini buraxıb. Model markanın 2025-ci ildən sonra istehsal edəcəyi elektrikli və hibrid avtomobillərinin necə görünəcəyinə dair təsəvvür yaradır.

1zHL

Son xəbərlər
Digər xəbərlər