“Lexus” şirkəti yeni “RZ” elektromobilini təqdim edib.
Banker.az xəbər verir ki, modelin debütü yaxın günlərdə planlaşdırılır.
Yapon avtomobil istehsalçısının rəsmi “YouTube” kanalında dərc edilmiş tizerə əsasən, yenilik brendin müasir modellərinin korporativ üslubunda olan krossover olacaq. Yeni “BEV” (Battery Electric Vehicle) platformasında ilk elektrik avtomobili olacaq yeni məhsul haqqında rəsmi məlumat yoxdur.
Xatırladaq ki, ilk seriyalı “Lexus” elektrik avtomobili 2019-cu ilin payızında nümayiş etdirilən yığcam “Lexus UX300e” krossoveri olub.