21 C
Baku
Wednesday, October 5, 2022

“Leyla Şıxlinskaya”-ya külli miqdarda zərər vuranların istintaqı davam etdirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla AbbasovaSəkinə QasımovaAytən HüseynovaMədinə HüseyevaYelena Abdullayevavə digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Banker.az məlumat verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışa hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib. Növbəti iclasda prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Proses fevralın 5-dək təxirə salınıb.

Qeyd edək ki, ttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. 

©report.az

Son xəbərlər
Oxşar xəbərlər