“LG” şirkəti 1.7 milyon dollara 325 düymlük DVLED (Direct View LED) televizorunu təqdim edib.
Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, konseptual olaraq bu model “Samsung The Wall” və “Sony Crystal LED” televizorlarına bənzəyir.
Seçim üçün bir neçə diaqonal (108 düymdən 325 düymə qədər) və ölçü (FullHD-dən 8K-ya qədər) təklif olunur. Köhnə modeldəki piksellərin mərkəzləri arasındakı məsafə təxminən 0.9 mm-dir. Bu, MicroLED standartlarına uyğun olsa da, bəzi televizorlar 1.2 və ya 1.5 mm piksel aralığına sahibdir.
İstehsalçı LED panellərlə müqayisədə bu televizorun kontrast və parlaqlıq nisbətinin avtomatik olaraq otağın şəraitinə uyğunlaşdığını iddia edir. Maraqlıdır ki, “LG” həmçinin televizorların istilik gücünü də göstərir. Məsələn, 325 düymlük model saatda 56 592 BTU və ya 16.5 kVt buraxır.
Ən böyük model təxminən bir ton ağırlığındadır və 1.7 milyon dollar qiymətinə satılır. Bazarda daha əlverişli DVLED variantlarının çıxması ilə bağlı heç bir məlumat yoxdur.