16 C
Baku
Tuesday, April 30, 2024

“LG” 97 düymlük tam simsiz televizor təqdim edib – Video

“LG” şirkəti 97 düymlük simsiz televizor təqdim edib, Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir. Şirkət iddia edir ki, simsiz texnologiya Wi-Fi 6E-dən üç dəfə daha sürətlidir. Televizor həmçinin “Dolby Vision” və “Dolby Atmos” texnologiyalarını dəstəkləyir.

Televizorla birgə sizə “Zero Connect Box” konsolu verilir – o, USB, HDMI və digər cihazları (məsələn, “Apple TV”, “PlayStation”, “Xbox” və “Xiaomi Mi TV Stick 4K”) birləşdirmək üçün nəzərdə tutulub.

sm.lgwireless2305.750

Yenilik Böyük Britaniyada 2023-cü ilin payızında 27.9 min funt sterlinq qiymətinə satışa çıxarılacaq. Televizor Cənubi Koreyada artıq satışdadır və qiyməti 35.1 min dollardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər