6 C
Baku
Sunday, December 15, 2024

“LG” İsrailin “Cybellum” kibertəhlükəsizlik startapını 240 mln. dollara alır

“LG” şirkəti İsrailin kibertəhlükəsizlik startapı “Cybellum”u 240 milyon dollara alır.

Banker.az xəbər verir ki, müqavilə bir neçə mərhələdən ibarət olacaq.

Birinci mərhələdə “LG” startapın 64%-ni 140 milyon dollara, 2021-ci ilin dördüncü rübündə isə səhmlərin daha bir hissəsini 20 milyon dollara alacaq. Şirkət qalan səhmləri alacağı tarixi açıqlamır. Onun verdiyi məlumata görə, bu yaxın gələcəkdə baş verəcək.

Xatırladaq ki, “LG” daha əvvəl avtomobil startaplarına sərmayə qoyub. Bu satınalma şirkətin avtomobil sənayesi üçün proqram təminatı ilə maraqlandığını göstərir. Müqavilə tərəfləri şirkətlərin inteqrasiyasının 2022-ci ildə başlayacağını qeyd edirlər.

“Cybellum” 2016-cı ildə İsrailin Müdafiə Qüvvələrinin kibertəhlükəsizlik məzunları Slava Bronfman və Maykl Enqstler tərəfindən qurulub. Şirkətin investorları arasında “Blumberg Capital”, “Target Global” və “RSBG Ventures” olub. Hal-hazırda startapın texnologiyalarından “Jaguar Land Rover”, “Nissan”, “Toyota Tsusho” və digərləri istifadə edir.

“Cybellum” təhlükəsizliyi qiymətləndirmək üçün bütün avtomobil komponentlərinin dəqiq diaqramı olan “rəqəmsal əkiz” sistemini yaradıb. Platforma maşınlara kiberhücumların qarşısını almaq üçün zəiflikləri tez bir zamanda tapmağa kömək edir.

Son xəbərlər
Digər xəbərlər