8 C
Baku
Tuesday, March 19, 2024

“LG” “pıçıltı” rejimli simsiz qulaqlıqlar təqdim edib

“LG” “pıçıltı” rejimli simsiz qulaqlıqlar təqdim edib. Ümumilikdə şirkət üç model hazırlayıb: FP5, FP8 və FP9.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Onların hər birində “pıçıltı rejimi”, üç mikrofon, damcıdan qorunma və səs-küyün aradan qaldırılması var.

indir 59

Tərtibatçıların sözlərinə görə, “pıçıltı” rejimində sağ qulaqcıq mikrofon kimi istifadə edilə bilər. Bundan əlavə, FP9 qutusu vasitəsilə qulaqcıqları kabellə “Bluetooth”u olmayan cihaza qoşmaq mümkündür.

FP8 və FP9 modellərinin keysləri qulaqcıqdakı bakteriyaların 99.9%-ə qədərini məhv edən ultrabənövşəyi texnologiya ilə təchiz edilib. Hər iki model analoqlardan daha uzun müddət işləyə bilir (10 saat).

Bildirildiyi kimi, qulaqcıqlar iyulda satışa çıxarılacaq, qiymət hələ açıqlanmayıb.

 

Son xəbərlər
Digər xəbərlər