31 C
Baku
Monday, July 22, 2024

“LG” proqramçılar üçün uzunsov monitor təqdim edib

“LG” şirkəti proqramçılar üçün tərəfləri 16:18 nisbətində olan 27 düymlük “DualUp” monitorunu təqdim edib. Bildirilir ki, monitorun iş sahəsi üst-üstə qoyulmuş iki standart 21.5 düymlük displeyə bərabərdir.

Banker.az xəbər verir ki, monitor displeyi döndərməyə, hündürlüyünü və məkanda mövqeyini tənzimləməyə imkan verən stend üzərində quraşdırılıb. Vurğulandığı kimi, “ikili hündürlük” istifadəçinin sağ və sola baş hərəkətini azaldır. “LG DualUp” həm də sizə ekranı bölməyə və iki virtual monitor yaratmağa imkan verir.

Yeniliyin qiyməti hələ açıqlanmayıb. Bütün təfərrüatlar 4 yanvar tarixində keçiriləcək virtual mətbuat konfransında məlum olacaq. Eyni zamanda “LG UltraFine” monitorunun yeni 32 düymlük modelinin detalları təqdim ediləcək.

Son xəbərlər
Digər xəbərlər