12 C
Baku
Saturday, November 23, 2024

“LG” rebrendinq edib

Məşhur smartfon, televizorvə digər avadanlıq istehsalçısı olan “LG” son 9 ildə ilk dəfə rebrendinq edib. Çox az adam bilir ki, şirkətin emblemi “Life is good” şüarı sayəsində yaranıb. Məhz bu şüarın ilk hərfləri loqoya əsas elementlər kimi daxil edilib.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Ən maraqlısı odur ki, indi “LG” loqosunun öz animasiyası var. O, göz vurmağı, gülümsəməyi və başını tərpədə bilir. Şirkət loqosunun rəqəmsal platformalarda müştərilərlə qarşılıqlı əlaqədə olacağını bildirib. Bunun dəqiq necə olacağı hələ ki, bəlli deyil.

New Brand Identity GIF min 2 min min 1681313834

1958-ci ildən 1997-ci ilə qədər şirkət “GoldStar” adlanıb. Sonra radio, televizor və soyuducu istehsalı ilə məşğul olmağa başlayıb. Tezliklə “GoldStar” nəhəng bir korporasiyaya çevrilib.

1995-ci ildə “GoldStar” plastik və diş pastası istehsal edən “Lucky” ilə birləşib. Nəticədə, “LG” yaranıb – “Lucky-GoldStar” və Koreya dilindən tərcümədə – “Lucky Venera”.

Son xəbərlər
Digər xəbərlər