LG səhmləri Nvidia-nın rəhbəri ilə mümkün görüş xəbərləri fonunda 30%-ə yaxın bahalaşıb

LG şirkətinin səhmləri rəhbərliyinin Nvidia-nın baş direktoru ilə görüşəcəyi barədə məlumatlardan sonra kəskin bahalaşıb. İnvestorlar iki şirkət arasında süni intellekt sahəsində əməkdaşlığın genişlənəcəyinə ümid edirlər.

İyunun 1-də Bakı vaxtı ilə saat 16:42-yə olan məlumata görə, LG Corporation səhmləri 29,86% artaraq 380,5 min Cənubi Koreya vonuna çatıb.

Bloomberg-in yazdığına görə, səhmlərin bahalaşmasına LG sədri Ku Kvan Mo ilə Jensen Huang arasında planlaşdırılan görüşlə bağlı xəbərlər səbəb olub.

The Chosun Daily qəzetinin məlumatına görə, görüş iyunun 5-də keçirilə bilər. Huangın LG rəhbərindən əlavə, SK Group, Hyundai Motor Group və Naver rəhbərləri ilə də görüşəcəyi gözlənilir.

Tərəflərin robotlar və pilotsuz nəqliyyat vasitələri ilə əlaqəli “fiziki süni intellekt” sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcəkləri bildirilir.

Məlumatlar investorlar arasında LG ilə Nvidia arasında süni intellekt və robototexnika sahələrində əməkdaşlığın genişlənəcəyinə dair gözləntiləri gücləndirib.

Meritz Securities şirkətinin analitiki Hvan Su Uk bildirib ki, bu görüş sadəcə korporativ tədbir deyil, həm də Cənubi Koreyanın Nvidia-nın qlobal süni intellekt infrastrukturu strategiyasında hansı rolu oynayacağının göstəricisidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər