24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

“LG” smartfonları “Windows 10” sistemli kompüterə qoşulacaq

Screen Shot 2021 09 02 at 14.34.20

“Microsoft Your Phone” proqramı əksər “Windows 10” istifadəçiləri üçün faydalı olaraq onlara “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları fərdi kompüterə qoşmağa imkan verib.

Uyğunluq təşkil edən qurğuların sayı məhdud olduğundan “LG” şirkəti tərəfindən “Windows 10” üçün “LG” smartfonunun kompüterə qoşulması üçün nəzərdə tutulan mobil əlavə buraxılıb.

Başqa sözlə, Cənubi Koreya nəhəngi “Microsoft” tərəfindən “LG” smartfonlarının bir sıra “Samsung” modellərinin yer aldığı dəstəklənən qurğular siyahısına daxil edilməsini gözləməyərək hazırda “Microsoft Store” mağazasında mövcud olan öz servisini istifadəyə verib.

Yeni proqram “Virtoo” adlanır. Smartfon və kompüterin birləşdirilməsi üçün “Bluetooth”dan istifadə olunur. Nəticədə istifadəçilər smartfonun müəyyən funksiyalarından birbaşa kompüterdən yararlana biləcəklər.

Yeni “Virtoo” proqramı istifadəçilərə kompüterdən bildirişlər göndərməyə, telefonda saxlanılan fayllardan istifadəyə, zənglər etməyə, eləcə də monitora smartfonun ekranının oxşarını daxil etməyə imkan verəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:İctnews
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər