Cənubi Koreyadan olan dünyanın ən böyük istehlakçı elektronikası və məişət texnikası istehsalçılarından biri “LG Electronics” şirkəti NFT platformasını işə salıb. O, “LG Art Lab” adlanır. Platforma istifadəçilərə televizorlar vasitəsilə rəqəmsal kolleksiyaları almaq, satmaq və nümayiş etdirmək imkanı verir.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
“LG Art Lab”ın funksiyalarından biri – müəlliflərin profillərinə və gələcək əsərlərinə baxmaqdır. Bundan əlavə, platformada qarşıdan gələn NFT droplarının geri sayımı mövcuddur.