26 C
Baku
Saturday, July 27, 2024

Lhasa-nın ilk şəklinin inanılmaz tarixçəsi

Şəkildə Lhasa-nın çəkilmiş ilk şəkillərindən biri təsvir edilib. O zamanlar əcnəbilərin Tibetə daxil olması ölüm qorxusu altında qadağan idi. Bu zaman həmçinin şəkil çəkilişinə görə də ölüm cəzası təyin edilirdi. İki gənc rusiyalı səyyah – Qombojab Çıbikov və Ovşe Norzunov buddist zəvvarlar kimi geyinərək Tibetin mərkəzinə qədər gəlib çıxırlar və ifşa olmaq riskləri altında bir neçə şəkil çəkirlər. Onlar hər kəsdən, hətta bir-birilərindən gizlənirlər. Uzun və çətin səyahətdən sonra şəkillər Rusiyaya gətirib çıxarılır. Şəkillər Sankt-Peterburq  və Parisdə nəşr edilir və təbii ki, böyük sensasiyaya səbəb olur. 1905-ci ildə isə iflas həddində olan az tanınmış bir amerikan elmi jurnalı Tibetlə bağlı reportajını nəşr etmək qərarına gəlir.

Ciddi məqalələrə pul yox idi, buna görə də jurnal Çıbikov və Norzunov tərəfindən şəkilmiş Tibet şəkillərini təmənnasız olaraq götürür və bir neçə kiçik şərhlərin arasında yerləşdirir. Maraqlı məlumatın adət edilməyən şəkildə təqdimatı jurnala gözlənilməz uğur qazandırır. Şəkillər faktiki olaraq jurnalı iflasdan xilas edir və ona öz tərzini tapmaqda kömək edir. Ola bilsin ki, siz artıq bu jurnalı tanıyırsınız. Bu jurnal National Geographic idi.

Son xəbərlər
Digər xəbərlər