15 C
Baku
Friday, March 29, 2024

Li Yakokka – dahi menecerin uğur sirri

Li Yakokka – Amerika avtomobil sənayesinin dahi meneceridir. “Ford” şirkətində işlədiyi 32 il ərzində adi mühəndisdən şirkətin direktoru vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Bundan sonra isə “Chrysler” şirkətini müflis olmaqdan xilas etməyə qadir olmuşdu.

Bəs bu dahi menecer uğura sahib olmaq üçün nə məsləhət görür və onun uğur sirləri nədən ibarətdir?

İnsanların tələblərinə uyğunlaşmağı bacarın:

Li Yakokka-nın atası ona daim ideyanı yadda saxlamağı tapşırırdı. Birincisi, heç vaxt “kapital yeyən” bizneslə məşğul olma. Hər şey bankirlərin əlinə düşməyin ilə bitəcək. İkincisi, çətin zamanlar gəldikdə restoran biznesi ilə məşğul ol. Çünki işlər nə qədər pis gedir getsin insanlar yemək yeməyə məcburdurlar.

Böhran dövründən dərs çıxarın:

Maliyyə vəziyyətindən asılı olmayaraq mümkün böhran haqqında fikirlər sizi heç vaxt tərk etməməlidir. Bədxərcliyə qarşı nifrət hissi duymalısınız. Li Yakokka nazik qalstuklar əvəzinə enli qalstuklar dəbə minəndə onları atmadı və illər sonra dəb geri dönənə qədər onları saxladı və yenidən istifadə etdi.

Əyləncə və həyatdan zövq almaq üçün zaman tapın:

Li Yakokka-nın atası ona daim həyatdan zövq almaq lazım olduğunu xatırladırdı. Buna görə də, nə qədər çox işləməli olduğunuzdan asılı olmayaraq əyləncə üçün vaxt ayırın.

İntizamlı və iradəli olun:

Li Yakokka artıq universitetə daxil olduqda bu iki xüsusiyyətə sahib idi. O tələbə ikən öz-özünə deyərdi: “Növbəti 3 saat ərzində əlimdən gələn qədər çalışacam və yalnız bu 3 saat bitdikdən sonra bu işin üzərindən qalxacam və kinoya gedəcəm”. Qısası, digər hər bir şeydə olduğu kimi, biznesdə də uğur qazanmaq üçün ən vacib olan diqqəti toplamağı və vaxtdan səmərəli istifadə etməyi bacarmaq lazımdır.

Gününüzü planlaşdırın:

Biznesdə sahib olacağınız səliqə-sahmana gününüzü planlaşdırmaqla başlamalısınız. Belə ki, gününüzü planlaşdırmaqla, gün ərzində etməli olduğunuz həyati vacib tapşırıqları diqqətdən kənarda qoymayacaqsınız.

Prioritet təyin etməyi bacarın:

Li Yakokka hələ kollecdə təhsil alaraq prioritetləri təyin etməyin vacibliyini dərk etmişdi. Onun fikrincə, onun uğurunun sirri məhz bu olmuşdur. Biznesdə tapşırıqların öhdəsindən gəlməkdə mütəxəssis olmaq istəyənlərin atmalı olduqları ilk addım da budur. Biznesdə bu proses 3 aydan 3 ilə qədər zaman tələb edə bilər. Prioritet tapşırıqları təyin etməyi bacarmağı və zamandan səmərəli istifadə etmək qabiliyyətini Harvard biznes məktəbində gəzib dolaşmaqla əldə etmək mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər