11 C
Baku
Sunday, November 17, 2024

“LİBRAFF” böyük məbləğdə cərimələnir

Azərbaycanda böyük kitab mağazaları şəbəkəsi “LIBRAFF” və ya hüquqi adı ilə “Libraff” MMC cərimələnir.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti kitab mağazaları şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Səbail Rayon Məhkəməsinə göndərib.

İXM-in 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti “Libraff” MMC barəsində inzibati xətanı Bakı Şəhəri Səbail Rayon Məhkəməsində sübut edərsə, o zaman ən aşağısı onu 20 min manatlıq cərimə gözləyir.

“Libraff” MMC 2017-ci ildən Azərbaycanda fəaliyətdədir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 4, Sumqayıtda 1, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. Şirkətin 150.5 manat nizamnamə kapitalı rəsmi olaraq əks etdirilir. Onun baş icraçı direktoru Nicat İbrahimov Rüstəm oğludur.

Son xəbərlər
Digər xəbərlər