10 C
Baku
Thursday, December 12, 2024

Liderlik və xarizma dərsi

1. Elə edin ki, sizin həmsöhbətiniz özünü hamıdan ağıllı, cəlbedici və maraqlı insan hesab etsin.

2. Özünüzü elə aparın ki, söhbət zamanı insanlar sizin başqa nə isə haqqında fikirləşdiyinizi düşünməsin:

  • Cümlənin sonuna doğru intonasiyanı aşağı salın.
  • Başınızı tərpədin.
  • Hər-hansı bir replikaya cavab verməmiş 2 saniyəlik fasilə edin. 

3. Səmimi gülmək üçün xoş bir şey haqqında fikirləşin.

Beyin bəzən, reallıq və fantaziya arasındakı fərqi sezə bilmir, ona görə də siz xoş bir şey haqqında fikrə dalanda, hadisəyə müsbət reaksiya verirsiniz, sizin təbəssümünüz isə səmimi alınır. İnsanlar cəmi 17 milli saniyə ərzində üzdən oxumağı bacarırlar. Ona görə də istənilən miqdarda azacıq neqativ təzahür dərhal və asanlıqla hiss olunacaq. İnsanlar saxta gülüşü təhtəlşüurda hiss edirlər.

4. Kimisə salamlayanda, stuldan ayağa qalxın ki, onunla təqribən eyni hündürlükdə olasınız. Əl verib görüşəndə isə, əllərinizi cibdən çıxarın.

5. Əla dinləyici olun: fasilələr edin və suallar verin.

Con Kennedi möhtəşəm dinləyici idi. Onun həmsöhbətləri belə düşünürdü ki, Kennedi özünü tamamilə və bütünlüklə söhbətə həsr edir, adətən biz dinləyəndə həmsöhbətin replikasının başa çatmasını gözləyirik ki, özümüz söhbətə başlayaq. Diqqətli olduğunu göstərmək üçün dinlədikdə suallar verin.

Əgər edilən söhbət sizin üçün həqiqətən maraqlıdırsa, bunu gizlətmək sizə olduqca çətin olacaq.

6. Masa arxasındakı yerinizi çox ehtiyatla seçin.

Əyləşdiyiniz yer danışıqların nəticəsinə ciddi təsir göstərmək gücünə malikdir. İnsanlar bir-birinə qarşı-qarşıya oturduqda və sanki stol onları iki hissəyə ayırdıqda onlar daha çox mübahisə edirlər, qırıq-qırıq danışırlar, qısa cümlələr işlədirlər. Əgər siz elə ilk başdan toqquşmalardan qaçmaq istəsəniz, müsahibinizlə yanaşı əyləşin, əgər bu mümkün deyilsə, yeriniz onun əyləşdiyinə düzbucaq şəkilli olsun.

7. İnsanlığı qoruyun

Lider olmaq üçün mütləq fiziki qüvvəyə malik olmaq mütləq deyil. Şəxsiyyətin güclü tərəflərini nümayiş etdirmək lazımdır : Bill Qeytsdə olduğu kimi intellekt və ya Dalay Lama kimi xeyirxahlıq..

Siz müəyyən hakimiyyət səviyyəsinə qalxdıqda sizin xarizmanız artır – amma insani hisslər haqqında düşünmür, əks təqdirdə, siz tarixə diktator adı ilə düşəcəksiniz

8. “Təlxək” sindromuna qaib gəlin

1978-ci ildə Corciya ştat universitetinin alimləri müəyyən ediblər ki, demək olar ki, insanların 70%-i “təlxək sindromundan” əziyyət çəkir. O, insanda özünə inamsızlıq hissi formalaşdırır – siz daima gözləyirsiniz ki, indi sizin kələyinizin üstü açılacaq. Bu xarizmaya olduqca mənfi təsir göstərir.

9. Böyük hadisələrə öncədən hazırlaşın

Məşq etmədən marafon yarışına çıxa bilmədiyiniz kimi, öncədən hazırlaşmadan hər hansı bir nitqi söyləmək də mümkün deyil. İnsan bir sehrli çubuğun tilsimi nəticəsində özünü anidən özünə güvənli, arxayın hiss edə bilməz. Bundan ötrü qabaqlayıcı tədbirləri həyata keçirmək lazımdır.

Əgər qaçış sizi rahatlaşdırırsa, qaçmaq üçün vaxt ayırın. Ya da vacib görüşdən əvvəl yaxşı, sevdiyiniz musiqiyə qulaq asın. Diqqət yetirin ki, playlistdə sizin bəyəndiyiniz və sevdiyiniz mahnılar var və onlar sizə özünə əminlik hissə bəxş edəcək.

Son xəbərlər
Digər xəbərlər