Bakı Şəhər İcra Hakimiyyətinin “LiftTəmir” İstehsalat Birliyi dispetçer sisteminin quraşdırılması, bunun üçün proqram təminatının yazılması və mərkəzi dispetçer məntəqəsi ilə inteqrasıyasının təmin edilməsi, liftlərin mühərrik otağına gedən əsas elektrik xəttinin yenilənməsi və torpaqlama xətti ilə təmin olunması üçün elan etdiyi açıq tenderə yekun vurub.
Banker.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Assistance Construction” MMC-dir.
Qalib şirkətə 1 903 125 manat ödəniləcək.