14 C
Baku
Saturday, April 27, 2024

Lilian Betakurun bioqrafiyası

Fransa torpağı məşhur şəxsiyyət və insanlar yetişdirib. Bütün dünyada məşhur olan «L’Oreal» kosmetika markasının sahibəsi olan Lilian Betankur sahibkarlıq fəaliyyəti sferasında kifayət qədər böyük nüfuza malikdir. O, eləcə də Forbes maliyyə jurnalının tərtib etdiyi multi-milyarderlər siyahısına da daxildir. Özünün 20 mlrd dollarlıq sərvəti ilə Lilian Betankur məşhur reytinqin 17-ci pilləsində qərarlaşıb. 

1 oktyabr 1922-ci ildə «L’Oreal» şirkətini yaradıcısı ətriyyatçı Ejen Şullerin ailəsində yeganə qız uşağı Lilian anadan oldu. Ailə qapalı həyat tərzi sürürdü, 1927-ci ildə balaca qızın anası dünyasını dəyişəndən sonra isə ailə daha da özünə qapandı. Balaca qızını məyus etməmək üçün Ejen özü üçün çox əhəmiyyətli bir qərar qəbul edərək ömrünün sonuna qədər subay qalmışdır. Uşaq böyüdükdə evlərində olan laboratoriyada atasının işini maraqla izləməyə başladı. Daha sonra Lilian bütün təcrübə və eksperimentlərdə aktiv olaraq iştirak etməyə başladı, o kosmetik məhsulların istehsal texnologiyası üzrə çox ağıllı və konstruktiv fikirlər bildirirdi.

Betonkur ailəsinin tarixinin əsas səhifələrindən biri onunla bağlı idi ki, İkinci Dünya müharibəsi illərində Lilianın atası aktiv olaraq faşist təşkilatın fəaliyyətini maliyyələşdirərək nasistlərin tərəfini tuturdu. Məhz bu dövrdə Lilian özünün gələcək həyat yoldaşı, Andre Betankur ilə tanış olur. Onlar uzun müddət görüşürlər, 1950-ci ildə isə öz münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. Daha sonra Andre Betankur görkəmli siyasi və ictimai xadim olacaq. 1953-cü ildə Betankurların ailəsində onların yeganə varisi olan Fransuaza adlı qız uşağı dünyaya göz açır. Lakin xoşbəxt ailə həyatı uzun çəkmir. 1957-ci ildə Ejen Şuller Lilianı birgə müəssisələrinin rəhbəri təyin edərək qısa sürən xəstəlikdən sonra dünyasını dəyişir. Həmin an «L’Oreal» şirkəti yaxşı gəlir gətirən, uğurlu və tanınmış dünya brendi olaraq fəaliyyət göstərirdi.

Lilian%20Beta

1987-ci ildə Lilianın həyatı hələ də gizli olaraq qalırdı. O, jurnalistlərlə görüşdən qaçırdı, dəbdəbəli tədbirlərə getmirdi. 1987-ci ildə nadir təntənəli ziyafətlərdən birində rəssam-fotoqraf və publisist Fransua-Mari Banye ilə tanış olur. O, Lilianın nüfuzlu bir nəşriyyat üçün professional şəkillərini çəkməli idi. Bu andan etibarən Lilian Betankurun əvvəlki gizli həyatının qalmaqallı tərəfi başlayır. Ola bilər ki, məhz həmin vaxtdan onun hazırkı xəstəliyi – Alsheymer xəstəliyi özünü büruzə verməyə başlamışdı ki, bu da milyarder qadının xarakterinin kəskin olaraq dəyişməsinə səbəb olmuşdur. O, kobud şəkildə desək, bütün pullarını Banye üçün xərcləyirdi.

Lilian onu bahalı hədiyyələrlə ələ alır, qədim əşyalar, daşınmaz əmlak, sığorta polisləri hədiyyə edirdi. Qiymət qoyanların hesablamalarına görə bütün bu dövr ərzində Lilian ona 20 milyon avro pul xərcləmişdi. «L’Oreal»-ın sahibəsinin qohumlarının həyatı Lilianın alçaq rəssamı ilə daimi və bitməyən münaqişə nəticəsində, sözün əsl mənasında cəhənnəmə çevrildi. Doğma qızı Fransuaza anası ilə əlaqələri kəsdi. 2007-ci ildə Andre Betankurun ölümündən sonra Fransuaza Banyeni anasına qarşı fırıldaqçılıq və pis niyyətlilikdə təqsirləndirərək məhkəməyə vermişdir. Uzunmüddətli məhkəməmə prosesləri başladı, müstəntiqlər hətta «L’Oreal» şirkətinin bütün əməkdaşlarını istintaqa cəlb etmişdilər.

Hazırda Lilian Betankurun adı artıq siyasi xarakter daşıyan digər bir qalmaqalda da hallanır. Onun Fransanın bir sıra görkəmli siyasi xadimlərinə sponsorluq etməsi faktı aydınlaşmışdı. Bu dövlət xadimləri sırasında Fransanın keçmiş prezidenti Nikola Sarkozinin adı da çəkilir. Hazırda 89 yaşlı milyarder – Lilian Betankur yaxınlarının himayəsi altındadır, belə ki onun psixoloji xəstəliyi getdikcə daha da ağırlaşır, bu da ona mühitə sərbəst olaraq uyğunlaşmağa imkan vermir. Keçən il həkimlər onun iş bacarığı itirməsini təsdiq etmişdilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər