7 C
Baku
Thursday, December 12, 2024

“Limanların işə düşməsi Ukrayna iqtisadiyyatına $1 milyarddan çox gəlir gətirəcək”

Odessa vilayətinin limanlarında Ukrayna taxılı olan 16 gəmi yola düşməyi gözləyir.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi kənd təsərrüfatı məhsullarının yüklənməsi üçün gəmilərin gəlməsinə dair yeni müraciətlər alır:

“Odessa vilayətinin limanlarında Ukrayna taxılı olan 16 gəmi var və onlar yola düşməyi gözləyir. Bunlar fevralın sonundan limanlarda qalan gəmilərdir. Yaxın gələcəkdə biz kənd təsərrüfatı məhsullarının tam ötürülmə qabiliyyətinə çatmağı planlaşdırırıq”.

Timoşenko vurğulayıb ki, limanların işə düşməsi ölkə iqtisadiyyatına azı 1 milyard dollar gəlir gətirəcək.

Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər