Lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir və artıq 2000-dən çox əmanətçiyə ödəniş edilmişdir.
“Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və sosial ardıcıllığı nəzərə alaraq, əmanətçilərin rahatlığının təmin olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk mərhələdə 20 min ABŞ dolları məbləğinədək qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilirdi. Oktyabrın 13-dən artıq 50 min ABŞ dolları məbləğində olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılıb.






