13 C
Baku
Monday, May 6, 2024

“Limon bazarı” biznes modeli

“Limon bazarı” (The Market for Lemons) – assimetrik informasiyalı işlənmiş avtomobillər bazarındakı vəziyyəti təsvir edən bazar modelidir, bunun nəticəsində bazar mexanizminin fəaliyyət prinsipi pozulur, başqa sözlə qiymət siqnalları real vəziyyəti ehtiva etmir.

1970-ci ildə Nobel mükafatı laureatı Corc Akerlofun işində “Limon bazarı” təsvir edilmişdi: “keyfiyyətin qeyri-müəyyənliyi və bazar mexanizmi”
İstehlakçılar almalı olduqları məhsulun keyfiyyəti barədə fikir yürütmək üçün bu və ya digər bazar statistikasını istifadə etməyə məcbur olurlar. 

Belə bazarlarda isə bəzi satıcılar satışa daha aşağı keyfiyyətli məhsul çıxarmağa çalışırlar, çünki yüksək keyfiyyət hansısa müəyyən bir satıcıya deyil, bu statistikanın aid olduğunu bütün bazar satıcılarına şamil edilir. Nəticədə məhsulların orta keyfiyyəti, eləcə də bazarın həcmi aşağı düşməyə başlayır.

Fərz edək ki, iki növ işlənmiş avtomobil var. Onlardan birinə istifadə edərkən həm də, yaxşı qulluq ediblər, daha ehtiyatla sürüblər, yəni avtomobil yaxşı vəziyyətdədir. Həmin avtomobilin sahibləri onu 2000 dollardan aşağı satmayacaq, potensial alıcılar isə ona 2400 dollara qədər ödəməyə hazırdır.

Digər avtomobil sahibi isə onu kobudcasına istifadə edib, lazım olduğu zaman yağını dəyişməyib və s. Heç bir qarantiya yoxdur ki, avtomobil daha sonra yaxşı işləyəcək. Bazardakı belə keyfiyyətsiz məhsullara “limon” adı verilmişdi. “Limon” sahibləri avtomobili 1000 dollara satmağa hazırdırlar, alıcılar isə aldıqları məhsulun keyfiyyətindən xəbərsiz ona 1200 dollar ödəməyə razıdır.

Yaxşı və “limon” avtomobillər üçün ayrıca bazar mövcud olsa idi, onda heç bir problem olmazdı. Akerlof hiyləgərcəsinə qurulmuş bir fəndə diqqət yetirir: satıcılar yaxşı bilir ki, onların məhsulları “limon”dur ya yox, alıcılar isə bunu bilmir. “Limon” satıcısı vicdansızcasına öz məhsulunu tərifləyir, onun dediyi sözləri yoxlamaq üçün isə alıcının heç bir imkanı yoxdur.

Assimetrik informasiya öz qara əməllərini görür. Onu nəyin gözlədiyindən xəbərsiz olan alıcı bəxtə-bəxt hərəkət edir. Əgər bazarda satılan yaxşı və pis maşınların sayı eyni olsa idi, onda alıcını yaxşı maşın alma ehtimalı 50% olardı. Keyfiyyəti naməlum olan maşına sərf ediləcək maksimal məbləğ isə 1800 dollar olardı.

(2400+1200)/2=1800

Bununla da “limon” məhsullar bütünlüklə bazarı ələ keçirir, halbuki potensial alıcılar yaxşı maşınları satıcılardan daha çox qiymətləndirir. Bu da bazarın fiaskosu ilə bağlı gözəl bir nümunədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər