“Lincoln” şirkəti ilk elektromobilini 2022-ci ildə təqdim edəcək

Amerikanın “Lincoln” şirkəti (“Ford Motor Company”yə daxildir) ilk elektrikli avtomobilinin 2022-ci ildə çıxacağını açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Yeniliyin ictimai debütü markanın 100 illiyinə təsadüf edir.

Bildirildiyi kimi, ilk elektrikli avtomobil şirkətin yeni qlobal strategiyasının bir hissəsi olacaq, buna görə markanın mövcud modellərinin ən azı yarısı 2025-ci ilə qədər sıfır emissiyaya çıxacaq və 2030-cu ilə qədər bütün avtomobil çeşidi ekoloji cəhətdən təmiz olacaq.

Bununla yanaşı, amerikalılar avtonom idarəetmə sistemini aktiv şəkildə təkmilləşdirəcəklər. Xüsusilə, yaxın zamanda avtomobillərə sürücüyə əllərini sükandan tamamilə götürməyə imkan verən “ActiveGlide” kompleksinin yeridilməsi planlaşdırılır.

Avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, ilkin məlumata görə, bu model bir şarjla 500-640 km məsafə qət edə biləcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.