8 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“LinkedIn” hökumətin təzyiqi səbəbindən Çində fəaliyyətini dayandırır

“LinkedIn” yerli hakimiyyət orqanlarının təzyiqi səbəbindən Çində fəaliyyətini dayandırır. Onun yerinə “Microsoft” Çində “InJobs” saytını işə salır.

Banker.az xəbər verir ki, “The Wall Street Journal”a görə, mart ayında Çin “LinkedIn”ə kontentini yaxşılaşdırmaq üçün 30 gün vaxt verib.

Xatırladaq ki, sentyabr ayında “LinkedIn” Çində bir neçə ABŞ jurnalistini profillərində “qadağan edilmiş kontent” olduğuna görə bloklamışdı. Eyni zamanda son aylarda sosial şəbəkə alim və tədqiqatçıların hesablarını bağlamışdı.

“LinkedIn” Çində 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Ondan əvvəl ölkədə “Twitter”, “Facebook” və “Google” fəaliyyətini dayandırıb.

Çin – “Microsoft”un üçüncü ən böyük bazarıdır. “Microsoft” “LinkedIn”i 2016-cı ildə 26.2 milyard dollara alıb. İyul ayında korporasiyanın baş direktoru Satya Nadella “LinkedIn”in illik gəlirinin təxminən 10 milyard dollar olduğunu söyləyib.

Son xəbərlər
Oxşar xəbərlər
X